Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Əmanətlərin dollarlaşması səviyyəsi geriləməkdə davam edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətlərin dollarlaşması səviyyəsi geriləməkdə davam edib

2019-cu ilin Oktyabr ayında fiziki şəxslərin banklardakı cəmi əmanətləri 205.8 milyon manat artaraq 8 milyard 811,1 milyon manata yüksəlib. Sentyabr ayının sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 milyard 605.3 milyon manata çatmışdı.

 

Reklam_3_11

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Sentyabr ayının sonu ilə müqayisədə Oktyabr ayında fiziki şəxslərin banklardakı cəmi manat əmanətləri 116.5 milyon manat artaraq 3 milyard 926.7 milyon manata, xarici valyutadakı əmanətləri isə 89.3 milyon manat artaraq 4 milyard 884.4 milyon manata yüksəlib.

 

2019-cu ilin Oktyabr ayının sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 44,6%-ni manat əmanətləri, 55,4%-ni xarici valyutadakı əmanətlər təşkil edib. Sentyabrın sonunda bu nisbət müvafiq olaraq 44,3% və 55,7% təşkil etmişdi. Beləliklə, manat əmanətlərinin dollar əmanətlərindən daha sürətli artması ilə əlaqədar olaraq fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin dollarlaşması nisbəti 0,3 faiz bəndi azalıb.

 

2019-cu ilin Oktyabr ayının sonundakı 8 milyard 811,1 milyon manat cəmi əmanətlərin 6 milyard 623.8 milyon manatını və ya 75,2%-ni qısamüddətli (1 ilədək), 2 milyard 187.3 milyon manatını və ya 24,8%-ni uzunmüddətli əmanətlər təşkil edib.

 

Oktyabrda qısamüddətli əmanətlər 165 milyon manat, uzunmüddətli əmanətlər isə 40.8 milyon manat artıb.

 

Qısamüddətli əmanətlərin 3 milyard 277 milyon manatı cari hesablardır. Sentyabr ayının sonu ilə müqayisədə Oktyabrda cari hesablar 164.4 milyon manat artıb.

30.11.2019 07:23

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ