Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Vyetnam şirkəti gələn il 5 milyon barel Azərbaycan nefti alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vyetnam şirkəti gələn il 5 milyon barel Azərbaycan nefti alacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vyetnamın dövlət şirkəti “Binh Son Refining and Petrochemical Co (BSR)” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə 2020-ci ildə 5 milyon barel xam neftin alınması üçün saziş imzalayıb.

 

“Reuters” agentliyi xəbər verir ki, bu barədə Vyetnam şirkətindən bildirilib.

 

Məlumata görə, “SOCAR Trading” 2020-ci ilin ilk yarısında BSR-in “Dung Quat” neft emalı zavoduna 5 milyon barel həcmində “Azeri Light” neftini tədarük edəcək.

 

Şirkətdən bildirilib ki, Azərbaycan xam nefti 2020-ci ildən şirkətin strateji xam neft məhsullarından biri olacaq.

 

Vyetnam mövcud yataqlarda hasilatın azalması və Çinin dənizdə kəşfiyyat aparmasına mane olan mövqeyi səbəbindən neft idxalını artırıb. Noyabr ayından xam neftin idxalının vergidən azad olunması qərarı qüvvəyə minib. Vyetnamın xam neft idxalı bu ilin 11 ayında ötən ilin müvafiq dövründən 66% artaraq 7,44 milyon tona çatıb.

 

NAĞD PUL 17%-DƏN

 

© “Report”

30.11.2019 07:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ