Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyədə kino çəkən xarici istehsalçılara təşviq ödəniləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə kino çəkən xarici istehsalçılara təşviq ödəniləcək

Türkiyədə çəkiləcək xarici istehsal kino və seriallara görə təşviq ödəniləcək.

 

"Marja" xəbər verir ki, Türkiyə, xarici istehsalçıların xərclədikləri məbləğin 30%-nə qədər hissəsini təşviq olaraq geri ödəyəcək.

 

Ölkənin yeni Kino Qanunu qüvvəyə minib və qanuna əsasən xarici müraciətlərin qəbuluna başlanıb. Filmi və serialı Türkiyədə çəkəcək xarici istehsalçılara, Türkiyədə xərclədikləri məbləğin 30%-nədək təşviq olaraq geri ödənəcək.


Yeni təşviq sistemilə Türkiyənin tarixi və mədəni dəyərlərinin dünya kino tamaşaçılarına çatdırılması və ölkənin tanınmasının artırılması məqsədləri güdülür. 

 

Qeyd edək ki, Türkiyə "Charlie-nin Mələkləri", "Inferno", "Argo" ve "James Bond Skyfall" kimi dünyada məşhur istehsallara ev sahibliyi edib. Türkiyə yeni təşviqlər ilə mühüm çəkiliş mərkəzlərindən biri olmağı hədəfləyir.

30.11.2019 08:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ