Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

 

EUR/USD məzənnəsinin bazar ertəsi bahalaşdığının şahidi oluruq və qiymətin bu həftə 1.07 və 1.08$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda cümə günü Bakı vaxtı ilə saat 16:30-da Amerikanın əmək bazarı ilə bağlı önəmli və məzənnəyə güclü təsir edə biləcək statistik məlumatlar açıqlanacaqdır.

 

GBP

 

Enerji bazarlarında neft qiymətlərinin bahalaşması, funt sterlinqin də 1.25$-a kimi bahalaşmasına təsir etmişdir. Beləliklə, GBP/USD məzənnəsi əlavə olaraq 1.26$-a kimi də bahalaşa bilər və bununla yanaşı bu həftə Böyük Britaniyanın xidmət, tikinti və sənaye istehsalı sektoru ilə bağlı önəmli məlumatlar açıqlanacaqdır.

 

TRY

 

Türkiyə maliyyə bazarlarında Türk lirəsi keçən həftə 3.58TL-ə kimi bahalaşdıqdan sonra 3.66TL-ə kimi ucuzlaşdı. Cümə günü yenidən 3.63TL-ə kimi bahalaşan türk lirəsinin əlavə olaraq 3.60TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Bu həftənin bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da yayımlanacaq, Türkiyənin inflyasiya səviyyəsi ilə bağlı məlumatlar investorlar tərəfindən böyük maraqla gözlənilir və məzənnə üzrə ticarət aktivliyinin daha da artmasına təsir edə biləcəyi gözlənilir.

 

OIL

 

Enerji bazarlarında Avropanın Brent neftinin qiyməti keçən həftə 53$-a kimi bahalaşıb. Amerikanın neft ehtiyatlarında azalma ilə bağlı məlumatlar, tələbatın artmasına işarədir və qiymətlərin bahalaşmasına səbəb olur. Bu həftə isə dolların ucuzlaşması fonunda, qiymətin əlavə olaraq 54 və 55$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

 

GOLD

 

Əlvan metallar bazarında isə qızılın qiyməti cümə günü bahalaşmağa başlayıb. Foreks bazarlarında dolların yenidən ucuzlaşması, qızıla olan tələbi də artırır. 1248$-a (40.0 $/qram) ticarət edilən bir unsiya üzrə qiymət 1261$ (40.5 $/qram) və 1280$-a (41.1 $/qram) kimi də bahalaşa bilər.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.


 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 


 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

03.04.2017 09:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ