Azərbaycanlı iş adamının Türkiyədəki şirkəti təltif edildi - VİDEO
Azərbaycanlı iş adamının sərmayəsi ilə Türkiyədə fəaliyyət göstərən “Cassa” şirkəti 10-cu Dəftərxana ləvazimatları Qurultayında sektorunda "İlin ən yaxşı istehsal şirkəti" nominasiyası üzrə təltif edilib.
Qeyd edilib ki, “Cassa” şirkəti Türkiyədə dəftərxana ləvazimatları sektorunun aparıcı şirkətlərindən biridir. Şirkət istehsal etdiyi məhsulların Türkiyə bazarında satışını həyata keçirməklə bərabər ixracını da reallaşdırır. Bu il “Cassa” ixrac coğrafiyasını genişləndirib, daha 14 ölkəni məhsullarını ixrac etdiyi ölkələrin sırasına əlavə edib. Hazırda “Cassa” şirkəti öz məhsullarını dünyanın 38 ölkəsinə ixrac edən iri dəftərxana ləvazimatları istehsalçısıdır.
Bu gün qurultayda sektortakı şirkətlərin təltif edilməsi mərasimi də baş tutub. Nominasiyanın plaketini “Cassa” şirkətinin İdarə Heyətinin sədri, iş adamı Mikayıl Yusif qəbul edib.
Dəftərxana ləvazimatları Qurultayı Türkiyədəki Bütün dəftərxana ləvazimatıçılarının Birliyi (TÜKİD)tərəfindən 2 ildən bir təşkil edilir.
Qeyd edək ki, “Cassa” şirkəti Azərbaycanda fəaliyyət göstərən “İnci” şirkətlər qrupunun Türkiyə qoludur. Məşhur “Ofisait” mağazalar şəbəkəsi də bu qrupa daxildir.
İş adamı Mikayıl Yusif 1995-ci ildən Azərbaycanda, 2009-cu ildən isə Türkiyədə fəaliyyət göstərir. İş adamının “Cassa” şirkəti 2015-ci ildən İstanbulda istehsal sahəsini qurub və ofisdə tələb olunan ləvazimatların istehsalını həyata keçirir. Daha ətraflı: www.cassa.com.tr
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
11 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
13 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl