Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Nəhəng bank Türk Lirəsinə görə böyük zərərə düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng bank Türk Lirəsinə görə böyük zərərə düşüb

ABŞ-ın qlobal maliyyə xidmətləri şirkəti və bankı "Morgan Stanley", Türk Lirəsindəki səhv əməliyyatdan qaynaqlanan 140 milyon dollar zərəri araşdırır.

 

Reklam_3_11

"Marja" xarici mətbuata istinadən xəbər verir ki, zərərin 27 yaşında bir treyder tərəfindən idarə olunan portfeldə Türk Lirəsinə bağlı olduğu bildirilir.  "Morgan Stanley"i silkələyən istintaqa 27 yaşlı treyder Scott Eisner, həmçinin Rodrigo Jolig, Thiago Melzer və  Mitchell Nadel adlı treyderlər də cəlb edilib.


İddia edilir ki, 140 milyon dollarlıq zərər gizlədilib. "Morgan Stanley", Scott Eisner tərəfindən gündəlik olaraq idarə olunan bir portfeldə yaranmış 140 milyon dollarlıq zərərin gizlədilməsi üçün qiymətli kağızların səhv işarələnilmiş ola biləcəyini araşdırır.


Xarici mətbuatda, "Morgan Stanley"in, yaranan zərəri gizlədikləri səbəbilə dörd treyderi işdən çıxartdığı və ya məzuniyyətə göndərmiş ola biləcəyi barədə məlumatlar dərc edilmişdi. 

 

Türk Lirəsində 2018-də və 2019-un əvvəlində baş verən "dalğalanmalar" maliyyə sektorundakı bir neçə şirkət üçün problem olmuşdu. İndi "Morgan Stanley" zərərin necə meydana gəldiyini və bu vəziyyəti gizlətmək səylərinin olub-olmadığını araşdırır.


Scott Eisner 2014-cü ildə "Yale" Universitetindən məzun olub.

02.12.2019 04:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ