Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Qara Cümə"də 7,4 milyard dollarlıq rekord!

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qara Cümə"də 7,4 milyard dollarlıq rekord!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da "Black Friday" adlandırılan "Qara Cümə" endirim günündə, ölkədəki istehlakçılar 7,4 milyard dollarlıq onlayn alış-veriş edərək rekordu yeniləyiblər.

 

"Marja" xəbər verir ki, Amerika mediasında yer alan və "Adobe Analytics" tərəfindən toplanmış rəqəmlərə görə, bu ilki "Qara Cümə" rekordla bağlanıb və 7,4 milyard dollar olmaqla bütün zamanların ən yüksək onlayn satış rəqəminə çatılıb. 

 

"Adobe Analytics"in rəqəmlərinə görə, bu ilki onlayn alış-veriş həcmi ötən ilin eyni günü ilə müqayisədə 20% artıb. Yalnız cümə günkü bütün onlayn sifarişlərin 39%-i cib telefonları üçün verilib. 

 

KİBER BAZAR ERTƏSİ

 

"Qara Cümə"nin ardından 2 dekabrdakı "Kiber Bazar ertəsi" (Cyber Monday) günündə də 9,4 milyard dollarlıq onlayn satış rəqəmi ilə yeni bir rekordun qırılması gözlənilir. Keçən il "Kiber Bazar ertəsi"ndə 7,9 milyard dollarlıq onlayn satış qeydə alınmışdı. 

 

ABŞ-da hər il noyabrın əvvəlindən dekabr sonuna qədər davam edən və "Minnətdarlıq Günü (Thanksgiving Day)", "Qara Cümə" (Black Friday), "Kiçik Bizneslər Şənbəsi (Small Business Saturday)", "Kiber Bazar ertəsi (Cyber Monday)", "Milad" (Christmas)  və Yeni il Gününü (New Year's Day) əhatə edən tətil mövsümündə bu il təxminən 730 milyard dollarlıq pərakəndə satış gözlənildiyi bildirilmişdi. 

02.12.2019 05:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ