Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Satışa çıxır, amma istifadəçilərin canını sıxa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Satışa çıxır, amma istifadəçilərin canını sıxa bilər

Çin istehsalçısı "Huawei"nin qardaş markası "Honor", yeni telefonu "Honor V30" ilə istifadəçilərin qarşısına çıxır. Ancaq telefon, təchizat xüsusiyyətləri ilə səs salmış olsa da, içində "Google" tətbiqlərinin olmaması istifadəçilərin canını sıxa bilər.


 

Reklam_3_11

ABŞ ilə davam edən ticarət müharibəsi səbəbilə embarqo problemi ilə boğuşan Çinin "Huawei" markası çətin günlər keçirir. "Huawei"nin qardaş markası olan "Honor"un yeni telefonu "Honor V30" ötən günlərdə təqdim edilib və xüsusiyyətləri ilə diqqətləri üzərinə çəkməyi bacarıb. 

 

"Honor V30" və "Honor V30 Pro" adı altında iki telefonla istifadəçilərinin qarşısına çıxan Çinli şirkət, bu cihazları yalnız Çində deyil, dünya miqyasında rəflərə qoymaq istəyir.

 

Ancaq "Huawei Mate 30" telefonlarının başına gələn problem, "Honor V30" telefonlarına da təsir edəcək kimi görünür; çünki "Honor"un yeni telefonlarının "Google Play Store" yüklü olmadan satışa təqdim edilməsi gözlənilir. Bu da "Google" tətbiqləri başda olmaqla bir çox tətbiqdən istifadəçinin faydalana bilməyəcəyi deməkdir. 

 

"Huawei" rəsmiləri isə vəziyyətin ümidsiz olmadığını vurğulayıblar, çox qısa bir zaman ərzində bu cihazlara "Google Play Store" yüklənəcəyini, istifadəçilərin bu məsələdə rahat olmaları lazım olduğunu bildiriblər. 

 

Baxaq qarşıdakı günlərdə embarqo qərarında bir dəyişiklik olacaqmı? "Google Play Store" "Huawei" və "Honor" telefonlara geri dönəcəkmi? 

02.12.2019 05:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ