Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakı Şopinq Festivalı daha bir sürpriz hazırlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Şopinq Festivalı daha bir sürpriz hazırlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Bakı Şopinq Festivalı daha bir inanılmaz sürpriz hazırlayıb: məşhur “VİA Qra” qrupunun “qızıl” heyətinin cazibədar eks-solisti, populyar müğənni Vera Brejneva BSF-nin fəxri qonağı olacaq.

 

Reklam_3_11

O, festival çərçivəsində, aprelin 20-də “#Nömrə1” adlı konsert proqramı ilə çıxış edəcək. Vera Brejneva Heydər Əliyev Sarayında rəqslərlə, xüsusi effektlərlə möhtəşəm şou təqdim edəcək, həmçinin yeni mahnılarını ifa edəcək.

 

Müğənni Vera Brejneva Azərbaycan paytaxtında dəfələrlə konsert proqramı ilə çıxış edib. Bakı tamaşaçıları hitləri bütün postsovet məkanında məşhur olan və mümkün olan bütün mükafatlara layiq görülmüş bu istedadlı ifaçını hər dəfə böyük rəğbətlə və sevinclə qarşılayır.

 

Vera Brejneva ilə görüş – bu yazın əsas hadisəsi olacaq Bakı Şopinq Festivalını ziyarət etmək üçün daha bir əla səbəbdir.

 

İlk dəfə olaraq Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək.

 

BSF-nin rəsmi saytında qeydiyyatdan keçərək festivalın iştirakçısı statusu almış sahibkarların ticarət obyektlərində “Baku Shopping Festival - Tax Free” nişanları yerləşdiriləcək və həmin mağazalarda ƏDV qaytarılması üsulu tətbiq ediləcək. Bununla da alış-veriş daha da sərfəli və cəlbedici olacaq. ƏDV qaytarılması qaydasından xarici turistlərlə yanaşı, yerli sakinlər də faydalana biləcəklər.

 

Festival zamanı bir çox əyləncəli tədbirlərin təşkili və keçirilməsi planlaşdırılır, eləcə də, çoxsaylı sürprizlər, uduşlar və hədiyyələr sayəsində festival əsl bayrama çevriləcək.

03.04.2017 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ