Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qida qiymətlərindəki artım insani böhrana səbəb ola bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qida qiymətlərindəki artım insani böhrana səbəb ola bilər

Yaponiyanın maliyyə xidmətləri şirkəti və bankı "Nomura" analitikləri qida qiymətlərindəki artımın qlobal böhrana səbəb olmasa belə, insani bir böhrana səbəb ola biləcəyini gözləyirlər.

 

"Marja" xəbər verir ki, "Nomura" tərəfindən yazılan hesabatda, "qida qiymətlərindəki artımın bu şəkildə davam etməsi vəziyyətində belə bir riskə qarşı kövrək olan, dünyanın yarısından çox əhalisinin təsirlənəcəyi ağır bir insani böhrana çevrilə biləcəyi" qeyd edilib.

 

Hesabatda, "Qida qiymətlərindəki artıma qarşı ən kövrək ölkələr dünya iqtisadiyyatında çox kiçik bir paya sahib olsalar da dünya əhalisinin böyük bir qisimini meydana gətirirlər. Qida qiymətlərində davam edən artım iqtisadi böhrana səbəb olmayacaq olsa da, qlobal miqyasda insani bir böhrana səbəb ola bilər" deyilir. 

 

Bank tərəfindən hazırlanan hesabatda ən kövrək 50 ölkənin qlobal ümumi daxili məhsulun 26.1%-ini, lakin dünya əhalisinin 59.1%-ini yaratdığını qeyd edib. 

 

Afrika, Orta Şərq və Asiyaya fokuslanan "Nomura", bu ölkələrdə adam başına nominal ÜDM-in aşağı, əhalinin istehlakında qida payının isə yüksək olduğunu və bu ölkələrin qida idxalatçısı mövqeyində olduqlarına diqqət çəkib. 

 

"Nomura" Qida Kövrəklik İndeksinə görə ən kövrək beş ölkə:

-Liviya

-Tacikistan

-Monteneqro

-Suriya

-Əlcəzair.

02.12.2019 09:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ