Prezident Administrasiyasında yeni təyinat - SƏRƏNCAM

Prezident İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

"Marja" xəbər verir ki, sərəncamla Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib.

 

Qanunvericilik və hüquqi siyasət şöbəsinin müdiri vəzifəsi vakant idi. 

 

Gündüz Kərimov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi idi.  

 

Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib.

 

1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib.

 

1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb.

 

2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.

 

2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edibr.

 

1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.

 

2002 – 201-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011 - 2014 - BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

 

2014 – cü ildən indiyədək  BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəridir. Bundan başqa, o. 2002-ci ildən hal-hazıradək Baker & McKenzie hüquq şirkətinin Bakı ofisinin baş hüquqşünası, partnyoru, Bakı ofisinin idarəedici partnyorudur (2012-dən).

 

Evlidir, iki övladı var.

 

2 Dekabr 2019 , 15:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin