Ən yuxarı statik reklam-3_3

Azərbaycanın Milli Məclisi "yaxın gələcəkdə" yenidən formalaşacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın Milli Məclisi "yaxın gələcəkdə" yenidən formalaşacaq

"Yaxın gələcəkdə parlament yenidən formalaşacaq".

 

"Marja" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edən zaman bildirib.

 

"Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər", - İlham Əliyev deyib.

 

Xəbər verdiyimiz kimi, Bu gün deputatlar, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar qəbul ediblər. Qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bir deputat isə səsvermədə iştirak etməyib.

02.12.2019 13:16

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ