Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

500 kq naringi məhv edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
500 kq naringi məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC tərəfindən Türkiyə Respublikasından ölkə ərazisinə  idxal edilən naringi məhsuluna baxış keçirilib.

 

Reklam_3_11

Baxış zamanı məhsulun zərərli orqanizmlərlə sirayətləndiyi müşahidə edilib və zərərli orqanizmlərin təyin olunması məqsədi ilə  nümunələr götürülərək, Azərbaycan  Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. 


"Laborator müayinələri nəticəsində naringi məhsulundan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən  Sitrus unlu yastıcası (Pseudococcus gahani Green) aşkar olunub.  Bildiririk ki, Sitrus unlu yastıcası respublika üçün xarici karantin hesab edilir.

 

Xarici karantin hesab edilən zərərli  orqanizmin – Sitrus unlu yastıcasının respublika ərazisində yayılmasının qarşısının alınması üçün dərhal fitosanitar tədbirlər həyata keçirilib, zərərli orqanizmlərlə sirayətlənmiş məhsulun məhv edilməsi barədə qərar verilib.

 

Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi “Araz Supermarket” MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib.

 

Məlumat üçün bildiririk ki,  sözügedən zərərli orqanizm məhsulun keyfiyyətini və görnüşünü aşağı salmaqla yanaşı respublika ərazisində yayıldığı təqdirdə məhsuldarlığın aşağı düşməsinə, bəzən isə sahib bitkilərin (sitrus bitkilərinin) tamami ilə məhv olmasına səbəb olur",- Agentliyin məlumatında deyilir.

02.12.2019 14:44

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ