Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"LİBRAFF"dan iki mağazasının bağlanması ilə bağlı açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
"LİBRAFF"dan iki mağazasının bağlanması ilə bağlı açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün ölkənin bir çox xəbər portallarında "LİBRAFF"-ın iki mağazasının (Bakının Xətai rayonunda və metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı "Bravo" marketlərində olan "LİBRAFF" kitab mağazaları) fəaliyyətinin dayandırılması ilə bağlı xəbər yayılıb. 

 

Reklam_3_11

"LİBRAFF"-ın mətbuat xidmətindən  verilən məlumata görə, iki filialın bağlanması “LİBRAFF”ın yeni strategiyasına əsasən atılıb. Bu barədə mağazalar şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu sosial media hesabında da məlumat verib:

 

"LİBRAFF" bağlanmır. Yalnız "Bravo" marketin içində olan mağazaları bağlamışıq. Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu biznesdir - hər zaman uyğun addımlar atmaq lazımdır. Bağladığımız mağazaların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açacağıq".

 

Yayılan məlumatlarda o da qeyd olunub ki, bu yaxınlarda "LİBRAFF"-ın daha bir neçə mağazası bağlanacaq. Məsələyə münasibət bildirən Cəlalə Nəzəroğlu qeyd edib ki, bu, kökündən yanlış məlumatdır: "Yuxarıda da qeyd etdiyimiz kimi, "LİBRAFF" öz mağazalarını genişləndirməkdə davam edəcək. Odur ki, məlumatı yayarkən rəsmi açıqlamanın alınması da arzuolunandır. Bu həm peşəkarlıq baxımından önəmlidir, həm də xəbərin daha düzgün formada çatdırılmasına imkan yaradacaq".

02.12.2019 18:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ