1 il xarab olmayan alma satışa çıxdı

ABŞ-da soyuducunda bir ilə qədər xarab olmadan qaldığı iddia edilən yeni bir alma növü satışa çıxarılıb.


"Marja" BBC-yə istinadən xəbər verir ki, alma sortunun 1997-ci ildən Vaşinqton Dövlət Universitetində inkişaf etdirilməsinə başlanıb. Alma növünün kəşfindən bazara çıxarılmasına qədər 10 milyon dollar xərclənib. Qırmızı almanın üzərindəki açıq sarı xallar uzaq ulduzlara bənzədilir.

 

Yeni alma sortunun ağacının 3 il ərzində məhsul verdiyi bildirilib. Vaşinqton Dövlət Universitetinin icra etdiyi proqramın rəhbərlərindən Kate Evans, bu alma növünün soyuducuda 10 - 12 aya qədər dadı pozulmadan qaldığını söyləyib. 
 

Artıq Vaşinqtonda bu alma ağacından 12 milyon ədəd əkildiyi, sərt lisenziya sisteminin, ABŞ-ın başqa bölgələrində fermerlərin bu almaları yetişdirməsinə icazə vermədiyi qeyd edilib. 
 

3 Dekabr 2019 , 07:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin