ABŞ-dan Fransaya cavab - MƏHSULLARINA VERGİ TƏTBİQ EDİR

ABŞ, Fransanın Google, Apple Inc., Facebook Inc. və Amazon.com Inc. kimi ABŞ-ın böyük texnologiya şirkətlərinə tətbiq etdiyi virtual xidmət vergisinə cavab olaraq 2.4 milyard dollarlıq Fransa məhsullarına gömrük tərifi tətbiq edəcəyini açıqlayıb.

 

"Marja" xəbər verir ki, Ticarət Nümayəndəliyi tərəfindən Bazar ertəsi günü verilən yazılı açıqlamada,  "Fransanın virtual xidmət vergisi ABŞ-lı şirkətlərə qarşı ayrı-seçkilikçilik edir" deyilir. 

 

ABŞ Ticarət Nümayəndəsi Robert Lighthizer, Avstriya, İtaliya və Türkiyəyə də bənzər vergilərin tətbiq edilməsi üçün istintaq başladıb başlatmamağı müzakirə etdiklərini bildirib. 

 

Dünən ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Argentina və Braziliyadan etdiyi polad və alüminium idxal tarifləri tətbiq olunacağını açıqlamışdı.

 

Lighthizer, "Ticarət Nümayəndəliyinin bu günki qərarı, Birləşmiş Ştatların ABŞ şirkətlərinə qarşı ayrı-seçkilikçilik edən ya da bu şirkətlərə əlverişsiz yük gətirən virtual vergi tətbiqlərinə qarşı hərəkətə keçəcəyinə dair dəqiq bir siqnal verir. ABŞ Ticarət Nümayəndəliyi, - ABŞ şirkətlərini ədalətli olmayan şəkildə hədəf alan - Avropa Birliyi (AB) üzvü ölkələrdə artan himayəçilik ilə mübarizə aparmaqda qərarlıdır" deyib. 

 

Tarifələr 2020-ci ilin əvvəlindən tətbiq ediləcək. 

3 Dekabr 2019 , 10:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin