"Cyber Monday" günündə rekord alış-veriş

ABŞ-da istehlakçılar 2 dekabr "Cyber Monday" (Kiber Bazar ertəsi) günü ərzində ötən ilin eyni günü ilə müqayisədə 17% daha çox alış-veriş ediblər. Onlayn xərcləmələr rekord səviyyə olan 9.2 milyard dollar təşkil edib. 

 

"Adobe Inc." şirkəti xərcləmələrin 9.4 milyard dollar olacağı təxmin etmişdi. 

 

Keçən il "Kiber Bazar ertəsi"ndə 7,9 milyard dollarlıq onlayn satış qeydə alınmışdı.

 

"Emarketer"ə görə, ABŞ-lı istehlakçılar, Noyabr və Dekabr aylarında 135 milyard dollarlıq onlayn alış-veriş edəcəklər və bu ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% çox olacaqdır.

 

ABŞ-da hər il noyabrın əvvəlindən dekabr sonuna qədər davam edən tətil mövsümü "Minnətdarlıq Günü (Thanksgiving Day)", "Qara Cümə" (Black Friday), "Kiçik Bizneslər Şənbəsi (Small Business Saturday)", "Kiber Bazar ertəsi (Cyber Monday)", "Milad" (Christmas) və Yeni il Gününü (New Year's Day) əhatə edir.

3 Dekabr 2019 , 12:08   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin