"Araz Supermarket": Zərərli naringilər satışa çıxarılmadan məhv edilib

"Araz Supermarket" MMC Türkiyədən idxal etdiyi naringi məhsulunda zərərli orqanizmlərin aşkar olunması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata münasibət bildirib.

 

Marketlər şəbəkəsindən bildirilib ki, şirkət tərəfindən Türkiyədən tonlarla narıngi idxal olunur.

 

İdxal məhsullarının hər partiyasından da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nümunələr götürülərək müvafiq laborator yoxlanışdan keçirilir:

 

“Yalnız Agentliyin icazəsindən sonra məhsullar satışa çıxarılır. Qeyd edildiyi kimi, Türkiyədən idxal olunan naringinin 500 kiloqramında orqanizm üçün zərərli maddə aşkarlandığından satışa çıxarılmadan "Araz Supermarket" MMC - nin əməkdaşlarının da iştirakı ilə məhsul məhv edilib. "Araz" Supermarketlər Şəbəkəsi istər yerli, istərsə də idxal məhsulların keyfiyyətinə xüsusi önəm verir. Biz hər zaman müştərilərimizə keyfiyyətli məhsullar təqdim edirik”.

 

Qeyd edək ki, AQTA-nın yaydığı məlumatda laboratoriya nəticələrinə görə, məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Pseudococcus gahani Green (sitrus unlu yastıcası) aşkar olunduğu bildirilmişdi. Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi “Araz Supermarket” MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib.

3 Dekabr 2019 , 12:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin