Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"AccessBank" 2020-ci ili ətraf mühitin qorunmasına həsr edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AccessBank" 2020-ci ili ətraf mühitin qorunmasına həsr edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AccessBank" 2020-ci ili ətraf mühitin qorunmasına həsr edəcəyini elan edir.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, ətraf mühitin qorunması tədbirləri bankın fəaliyyətinin bütün istiqamətlərini əhatə edəcək və “Təbiəti qorumaq təbiətimizdədir!” şüarı altında həyata keçiriləcək.

 

Bankın yaydığı məlumatda deyilir: 

 

Biznes. "AccessBank"ın biznes fəaliyyətində ətraf mühitin qorunmasına verdiyi önəm daha irimiqyaslı və əhəmiyyətlidir. Beynəlxalq maliyyə institutlarından ibarət bankın səhmdarlarının menecment qarşısında qoyduğu əsas tələblərdən biri də məhz budur. Qürur hissi ilə bildiririk ki, həcmindən və gəlirliliyindən asılı olmayaraq, layihələnin maliyyələşdirilməsi zamanı "AccessBank" ekoloji riskləri, o cümlədən onların minimallaşdırılması istiqamətində müştərinin səylərini qiymətləndirir. Digər tərəfdən, bank biznesin effektivliyinin artırılmasına, enerji sərfiyyatının azaldılmasına, təkrar emala və digər yaşıl texnologiyalara hesablanan layihələrin maliyyələşdirilməsini stimullaşdıracaq. Stimul qismində güzəştli kredit dərəcələri, kreditləşmə müddəti, qrafiki və girovla bağlı daha liberal şərtlər çıxış edə bilər.

 

Əməliyyat. Bank əməliyyat proseslərini də ətraf mühitin qorunması prizmasından quracaq. "AccessBank" rəhbərliyi tərəfindən qəbul olunan qərara əsasən, iş prosesində kağız və plastikdən istifadə minimuma endiriləcək. Xatırladaq ki, "AccessBank"ın uzun illərdir reallaşdırdığı "Green Access" layihəsi nəticəsində tonlarla kağız və kağız məmulatı təkrar emala təhvil verilb. "AccessBank" qürur hissi keçirir ki, bu layihə nəticəsində minlərlə ağacın qırılmasının qarşısı alınıb.

 

Xüsusi olaraq qeyd olunası məqam ondan ibarətdir ki, 2020-ci ildə bankda gündəlik istifadə olunan kağız məmulatları (korporativ gündəlik və təqvim) təkrar emal məhsullarından hazırlanacaq.

 

Enerji effektivliyi və resursların qorunması məsələləri bankın bütün investisiya qərarlarında, o cümlədən yeni filialların açılışı və köhnələrinin təmiri zamanı nəzərə alınacaq.

 

Bank rəhbərliyi yuxarıda qeyd edilən tədbirlərin monitorinqini həyata keçirən ixtisaslaşmış komitənin yaradılmasını planlaşdırır.

 

Korporativ sosial məsuliyyət. Gələn il "AccessBank" korporativ sosial məsuliyyət layihələrini ətraf mühitin qorunmasına həsr edəcək. Həmin layihələrin reallaşdırılması ilə bank əhalinin ekoloji məsələlərlə bağlı bilik səviyyəsinin artırılmasına nail olmaq niyyətindədir. Bunun üçün "AccessBank" müştəri və tərəfdaşlarını da həyata keçirəcəyi layihələrə cəlb etməyi planlaşdırır.

03.12.2019 09:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ