Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AccessBank mobil bankinq tətbiqini istifadəyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank mobil bankinq tətbiqini istifadəyə verdi

 

 

Artıq Bankın müştəriləri istənilən vaxt əməliyyatlarını smartfonla həyata keçirə bilərlər

 

AccessBank yeni myAccess mobil bankinq tətbiqini müştərilərin istifadəsinə verib. Android və İOS platformaları üçün hazırlananmyAccess tətbiqimüştərilərə bank əməliyyatlarını olduqca asan və rahatşəkildə həyata keçirməyə imkan yaradır.

 

“Həyat tərzi sürətlə dəyişir,artıq smartfonlar insanların şəxsi və işgüzar həyatının ayrılmaz bir hissəsinə çevrilir. Təbii olaraq rəqəmsal texnoloqiyalar inkişaf etdikcə xidmət kanallarıda dəyişir.Son illərin təcrübəsi göstərir ki, Bankımızın onlayn bankinq istifadəçilərinin sayı sürətlə artdıqca, insanların əyani şəkildə bank xidmətlərini əldə etmək tələbatı azalır. Rəqəmsal bankçılıq sayəsində Bankın coğrafi əhatəsi genişlənir,məhsul və xidmətləri müştərilərin olduğu yerdən asılı olmayaraq onlara daha yaxın və əlçatan olur. Biz anlayırıq ki, bank xidmətlərinin rəqəmsal kanallarla çatdırılmasını və xidmət şəbəkəsinin transformasiyasını fəal şəkildə həyata keçirənvə biznes-modelini dəyişən banklar gələcəkdə daha üstün mövqedə olacaq” - AccessBank-ın İdarə Heyətinin sədr müavini Anar Həsənov şərhində bildirib.

 

Qeyd edək ki, əməliyyatların yüksək təhlükəsizliyini təmin edən myAccess mobil bankinq xidmətiəlavə funksiyalar əlavə olunmaqla daim yenilənəcək. myAccess tətbiqini artıq App StoreGoogle Play-dən yükləmək mümkündür.

04.04.2017 06:31

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ