Çində iki şirkət istiqraz borcunu ödəyə bilmədi

Çində iki şirkət Bazar ertəsi günü cəmi 526 milyon dollarlıq istiqraz geri ödəməsini reallaşdıra bilməyib.

 

"Marja" xarici mətbuata istinadən xəbər verir ki, bu vəziyyət, iqtisadiyyatdakı yavaşlama ilə bərabər, yüksək borclu bu ölkədəki artan borc riskinə işarə edir.

 

"Peking University Founder Group" 270 günlük 2 milyard yuan (285 milyon dollar) məbləğindəki geri ödəm üçün maliyyə təmin edə bilməyib. "Tunghsu Optoelectronic Technology Co" isə 1.7 milyard yuanlıq istiqrazın həm faizini, həm də əsas borcunu ödəyə bilməyib.

 

Çində özəl sektor şirkətlərinin artan iflasları, ölkənin içində olduğu son 30 ilin ən pis iqtisadi yavaşlamasından və ABŞ ilə bitməyən ticarət anlaşılmazlığından qaynaqlanan maliyyə çətinliklərini vurğulayır. Keçən həftə, sənaye şirkəti "Xiwang Group" 1 milyard yuanlıq istiqraz borcunu ödəyə bilməmişdi.

3 Dekabr 2019 , 13:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin