Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft Fondu hərraclarda satdığı dolların məbləğini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu hərraclarda satdığı dolların məbləğini açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin noyabr ayı ərzində 539,81 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə "Marja"ya Fonddan bildirilib.

 

Reklam_3_11

Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin oktyabr ayı ərzində 654,85 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabrda vəsait satışı 115.04 milyon dollar və ya 17,6% azalıb.

 

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin sentyabr ayı ərzində 618 milyon 950 min ABŞ dolları, avqust ayı ərzində 815,4 milyon ABŞ dolları, iyul ayı ərzində 434,9 milyon ABŞ dolları, iyun ayı ərzində isə 315,9 milyon ABŞ dolları, may ayı ərzində 352,4 milyon ABŞ dolları, aprel ayı ərzində 423,7 milyon ABŞ dolları, mart ayı ərzində 600,5 milyon ABŞ dolları, fevral ayı ərzində 316,2 milyon ABŞ dolları, yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

03.12.2019 11:10

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ