Dövlət bankı kreditlərin faizinə 4%-dək endirim tətbiq etdi

(®)Dövlət bankı Azər Türk Bank dekabr ayının 2-dən etibarən “Qış Kampaniyası” adlanan növbəti endirim kampaniyasına başlayıb.

 

2020-ci ilin 31 yanvar tarixinədək davam edəcək bu kampaniya müddətində “İstehlak”, kreditlərinin illik faiz dərəcəsinə 4%-dək endirim tətbiq edilir.

 

Endirimdən sonra kreditlərin illik faizi dərəcəsi 16%-dən başlamaqla, kreditlərin maksimum müddəti 48 ay müəyyən edilmişdir.

 

Bundan əlavə, Bank göstərilən tarixlər ərzində müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq kreditin maksimum məbləğini 25 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsinədək artırılması barədə qərar vermişdir.

 

Qeyd edək ki, 20 aydan yuxarı müddətə rəsmiləşdirilən istehlak krediti üzrə qrafikə uyğun həyata keçirilən aylıq ödənişin 1,5% nisbətində olan hissəsini ölkədə yeganə Bank olaraq müştəriyə geri qaytarır (cashback).

 

Bankda əmanət yerləşdirmək istəyən müştərilər də “Qış Kampaniyası”ndan faydalana biləcəklər. Belə ki, dekabr ayı ərzində milli valyutada açılan 36 aylıq “Klassik” əmanətinin faizləri artırılaraq 10% səviyyəsində müəyyənləşdirilmişdir.

 

Həmçinin bu kampaniyada plastik kart əldə etmək istəyən müştərilər üçün də əhəmiyyətli güzəştlər nəzərdə tutulmuşdur. Cari ilin 01-30 dekabr tarixləri arası Azər Türk Banka müraciət edənlər, xüsusi imkan və üstünlüklərə malik VISA / MasterCard Gold və MasterCard Platinum debet kartlarını dəyərinin cəmi 20% ödəməklə əldə edəcəklər.

 

Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn sifariş vermək olar. Sifariş  üç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirilir.

 

Eləcə də 30 dekabr tarixinədək kredit kartı alan müştərilərə, kreditin müddətinə uyğun olaraq, MC Gold və ya VISA Gold kartları Bank tərəfindən hədiyyə olunacaq.

 

Daha ətraflı məlumatı www.atb.az  saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

3 Dekabr 2019 , 14:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin