Fransa: Avropa ABŞ-ın təhdidinə cavab verməyə hazırdır

Fransa hökuməti, ABŞ-ın Fransa məhsullarına gömrük tarifi təhdidini davam etdirməsi vəziyyətində Avropa Birliyinin (AB) cavab verəcəyini söyləyib.

 

"Marja" xəbər verir ki, Fransanın Maliyyə Naziri Bruno Le Maire, "Bir müttəfiqin edəcəyi bir şey deyil. ABŞ-dan, ana müttəfiqlərindən biri olan Fransaya və daha ümumi mənada Avropaya qarşı gözlədiyimiz bir davranış deyil. Əgər biz ABŞ-ın yeni sanksiyalarının hədəfindəyiksə, AB cavab verməyə hazırdır",- deyib. 

 

ABŞ, Fransanın ABŞ-ın böyük texnologiya şirkətlərini də hədəfə alan xidmət vergisinə qarşılıq olaraq 2.4 milyard dollarlıq Fransa məhsullarına gömrük tarifi tətbiq edəcəyini açıqlayıb.

3 Dekabr 2019 , 14:29   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin