Mərkəzi Bank devalvasiyada itirdiyi valyuta ehtiyatlarını bərpa edir

2019-cu ilin Noyabr ayı ərzində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 38.4 milyon dollar artaraq 6 milyard 183,1 milyon dollara çatıb. Oktyabrın sonunda valyuta ehtiyatları 6 milyard 144,7 milyon dollar təşkil etmişdi.

 

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ilin 11 ayı ərzində valyuta ehtiyatları 557.4 milyon dollar artıb. Ötən ilin sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 625.7 milyon dollar təşkil etmişdi.

 

Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin İyul ayında 15 milyard 193.4 milyon dollara yüksəlmişdi. 2015-ci ildə həyata keçirilən devalvasiyalar zamanı valyuta ehtiyatları "ərimiş" və 2016-cı ilin sonunda 3 milyard 974.4 milyon dollaradək düşmüşdü.

 

Rəsmi valyuta ehtiyatları (milyon ABŞ dolları)

Tarix                Dəyər
29/11/2019     6183.1
31/10/2019     6144.7
30/09/2019     6034.1
30/08/2019     6004.3
31/07/2019     5962.8
28/06/2019     5939.4
31/05/2019     5870.9
30/04/2019     5789.0
29/03/2019     5778.6
28/02/2019     5761.9
31/01/2019     5655.9
29/12/2018     5625.7

3 Dekabr 2019 , 15:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin