Noyabrda pul bazası daha sürətli artıb

2019-cu ilin Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında pul bazası 375.7 milyon manat artaraq 10 milyard 674,5 milyon manata çatıb. Oktyabrda artım 81,5 milyon manat təşkil etmişdi. 

 

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ilin 11 ayı ərzində pul bazası 1 milyard 128.8 milyon manat artıb.

 

Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

 

Pul bazası (milyon manat)

Tarix                Dəyər
29/11/2019     10674.5
31/10/2019     10298.8
30/09/2019     10217.3
30/08/2019     10157.6
31/07/2019     10574.3
28/06/2019     10376.9
31/05/2019     10172.4
30/04/2019     9495.1
29/03/2019     8946.3
28/02/2019     9014.1
31/01/2019     8709.2
29/12/2018     9545.7

3 Dekabr 2019 , 15:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin