Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

QİK İnnovasiya və Akselerasiya (iX) Proqramının təlimləri Bakıda keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
QİK İnnovasiya və Akselerasiya (iX) Proqramının təlimləri Bakıda keçiriləcək

(®) Biznesdə rəqabətin sürətlə artması dünyada, eləcə də Azərbaycanda intellektual kapitalın inkişafında, həmçinin sahibkarlıq fəaliyyətində innovasiyaların tətbiqinin zəruriliyini daha da artırıb. 

 

Ölkəmizdə aparılan islahatların başlıca istiqamətlərindən olan və biznesin real tələblərini əks etdirən bu yanaşmalar yeni bazar tendensiyalarını da özü ilə gətirməkdədir. Bütün bunları nəzərə alaraq, bazarın resurs və tələblərinə uyğun innovasiyaların formalaşdırlması və biznesdə tətbiqi yollarını öyrənmək, eləcə də bu istiqamətdə dünya bazarı ilə inteqrasiyanı rentabelli təmin etmək üçün “İnnovasiya və Akselerasiya (iX) Proqramı” Bakıda keçirləcəkdir.

 

“İnnovasiya və Akselerasiya (iX) Proqramı” çərçivəsində olan bu təlimlər Stanford Universiteti Peşəkar İknişaf Mərkəzinin lisenziyalı kurs materialları əsasında Qlobal İnnovasiyalar Katalizatoru (QİK) təlimçiləri və dünayanın beyin mərkəzi hesab olunan Silikon Vadisinin aparıcı mütəxəsisləri tərəfindən keçiriləcək.

 

Proqram çərçivəsində innovativ ideyaların biznesə çevrilməsi və sahibkarlığın inkişaf etdirilməsi üzrə sessiyalar 10 həftəlik olmaqla onlayn və üzbəüz formada keçirləcək. Bu unikal proqram biznes təşəbbüskarlarına, özəl və dövlətin müvafiq strukturlarında fəaliyyət göstərənlərə bazarın tələblərinə uyğun innovativ həll yollarının formalaşdırlması və tətbiqi yollarını öyrədir.

 

Bu proqramı tamamlayan iştirakçılar Stanford Peşəkar İnkişaf Mərkəzinin bitirmə sertifikatını qazanacaqlar.

 

Proqramın modulları haqqında ətraflı məlumat almaq, həmçinin qeydiyyatdan keçmək və Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq üçün linkə daxil ola bilərsiz: 

 

http://globalinnovationcatalyst.com/ixprogram.html

 

13.12.2019 08:49

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ