İdxal edilən kərə yağı üçün 5 faiz gömrük rüsumunun müddəti 2 il uzadıldı
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən, Azərbaycana idxal olunan kərə üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılıb.
Başqa sözlə, Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə Azərbaycana idxal edilən kərə yağı üçün idxal gömrük rüsumunun məbləği 15 faizdən 5 faizə endirilib və bu müddət bu il dekabrın 31-də başa çatırdı. Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kərə yağı üçün idxal gömrük rüsumunun məbləği yenidən 15 faiz olmalı idi. Nazirlər Kabinetinin son qərarı ilə bu müddət 2021-ci il dekabrın 31-dək uzadılıb. Başqa sözlə, 2021-ci il dekabrın 31-dək Azərbaycana idxal edilən kərə yağı üçün gömrük rüsumu 15 faiz deyil, 5 faiz olacaq.
Aşağı rüsum ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 34 d. əvvəl
-
37 d. əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
2 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
4 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl