Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

AITF-2017 sərgisində AZAL-ın aviabiletləri oynanılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
AITF-2017 sərgisində AZAL-ın aviabiletləri oynanılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

  "Azərbaycan Hava Yolları" hər kəsi aprelin 6-dan 8-ə kimi Bakıda keçiriləcək 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF 2017" sərgisindəki stendini ziyarət etməyə dəvət edir.

 

Ziyarətçilər AZAL və onun eksklüziv tərəfdaşı Silk Way Travel-ın birgə stendində aviaşirkətin və turizm agentliyinin nümayəndələri ilə söhbət edə biləcəklər. Həmçinin sərgi iştirakçıları və ziyarətçilərini maraqlı işgüzar görüşlər gözləyir.

 

Eyni zamanda, sərgi müddətində stendin ziyarətçiləri arasında "Azərbaycan Hava Yolları"-nın uçuşlar yerinə yetirdiyi istiqamətlərə pulsuz aviabiletlər, həmçinin digər qiymətli mükafatlar oynanılacaq.

 

Həmçinin iştirakçılar və ziyarətçilər tez-tez səyahət edən sərnişinlər üçün nəzərdə tutulan AZAL MILES proqramında qeydiyyatdan keçərək proqramın iştirakçısı ola bilər və bununla da 50 bonus balı hədiyyə qazana bilərlər.

 

"AITF" sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir və hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçı və qonaqları bir araya toplayaraq mühüm görüşlərin keçirildiyi və tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi turizm sənayesinin qovşağına çevrilmişdir.

03.04.2017 12:24

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ