Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Fed 2020-də faizi dəyişdirməyəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fed 2020-də faizi dəyişdirməyəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bloomberg" iqtisadçılar arasında sorğu keçirib.


Sorğuda iştirak etmiş iqtisadçılara görə, ABŞ Mərkəzi Bankı (Fed) 2020-ci ildəki Prezident seçkilərini göz ardı edərək pul siyasətində dəyişikliyə getməyəcək və gələcək 2 il ərzində faizləri dəyişdirməyəcək.

 

29 iqtisadçı arasında keçirilmiş sorğuda daha əvvəl faiz endirimi gözləyən mütəxəssislər bu proqnozlarını dəyişdiriblər. Onlar, Fed-in faizinin 2021-ci ilin sonuna qədər 1.50% -  1.75% aralığında qalacağını gözləyirlər. 

 

Sorğu iştirakçılarının 90%-dən çoxu Fed-in faiz endirimlərinin iqtisadi artımı dəstəklədiyini və pul siyasətinin "yaxşı bir yerdə" olduğu fikirindədir.

 

 Fed bu il 3 dəfə faiz endirib. 

 

İqtisadçılar 2020-ci ildə böhran ehtimalının azaldığını bildiriblər. Bu optimizmə baxmayaraq sorğu iştirakçıları iqtisadi artım və inflyasiyadakı risklərin aşağı istiqamətli olduğunu ifadə ediblər, beynəlxalq ticarət gərginliklərinin ABŞ iqtisadiyyatı üçün 2020-də ən böyük təhdid olduğunu vurğulayıblar. Digər təhdidin isə qlobal iqtisadi artımdakı yavaşlama olduğunu qeyd ediblər. 

05.12.2019 13:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ