Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

UNEC və “İnvest-AZ” birgə seminar keçiriblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
UNEC və “İnvest-AZ” birgə seminar keçiriblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib.

 

Tədbir "İqtisadiyyat və biznesin idarə edilməsi" kafedrasının müəllimi, i.f.d. Təhmasib Hüseynovun təşəbbüsü ilə baş tutub. Seminarın məqsədi isə UNEC Biznes Məktəbinin magistrlarına maliyyə bazarları, o cümlədən birjanın tarixi, yaranma zərurəti, növləri, iştirakçıları və birjada ticarətin xüsusiyyətləri haqda məlumat verməkdir. Təlimdə “İnvest-AZ İnvestisiya Şirkəti”nin tədris üzrə meneceri, i.f.d. Rövşən Məmmədov və analitiki Tusi Heydərov “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda təqdimatla çıxış ediblər. Seminarda maliyyə aktivlərinin alışı və satışından mənfəət əldə etmək imkanı, marjinal ticarət, “Meta Trader 4” ticarət proqram təminatı, analitik təhlil üsulları barədə də danışılıb.

 

Sonda mövzular ətrafında müzakirələr aparılıb, magistrların sualları cavablandırılıb. Seminarın aktiv iştirakçısı Cabbar Hüseynliyə isə “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin nəşri olan “Maliyyə bazarlarının əlifbası” kitabı hədiyyə edilib.

05.12.2019 14:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ