Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan müəssisəsi ilk dəfə Polşaya quru tütün ixrac edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan müəssisəsi ilk dəfə Polşaya quru tütün ixrac edir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərtütün ASK” MMC Avropa İttifaqına üzv ölkələrdən olan Polşaya ilk dəfə quru tütün ixracına başlayıb. Dekabrın 5-də Cəmiyyətin Qax rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsindən Polşaya iritonnajlı yük avtomobili ilə ilkin olaraq 17 ton “Virciniya botaniki” növlü quru tütün yarpağı yola salınıb.

 

Reklam_3_11

Məhsulun yola salınması prosesində iştirak edən “Azərtütün ASK” MMC-nin direktor müavini Mustafa Məmmədov bildirib ki, MMC 2019-cu il mövsümündə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 1800 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkib. Tütün istehsalı və tədarükü üzrə 229 fermerlə (istehsalçı) müqavilələr bağlanılıb. Builki mövsümdə respublika üzrə 2200 tonadək “Virciniya botaniki” növlü quru tütün istehsal olunub. Hazırda məhsulun satışı istiqamətində iş aparılır.

 

MMC-nin rəsmisi qeyd edib ki, əvvəllər quru tütün əsasən Rusiya bazarlarına ixrac olunurdu. “Azərbaycan Sənaye Korporasiyası” ASC yarandıqdan sonra quru tütünün ixrac coğrafiyası da genişlənib. Ukrayna, Belarus, Gürcüstana da quru tütünün ixracına başlanılıb.

 

Direktor müavini deyib: “Sevindirici haldır ki, bu gün Azərbaycan tütünü ilk dəfə olaraq Avropa İttifaqına üzv olan ölkəyə yola salınır. Hələlik nümunə üçün Polşa şirkətinə 17 ton quru tütün yarpağı göndərilir. Yola salınan tütün 2019-cu ilin məhsuludur. Ümumiyyətlə, bu ölkə ilə 400 tonadək quru tütünün alınması ilə bağlı danışıqlar aparılır. Eyni zamanda, Belçika şirkəti ilə də “strips tütün” məhsulunun (orta damarı, zoğu ayrılan tütün yarpağı) alınması ilə bağlı müqavilə bağlanılıb. Şirkətin sifariş etdiyi 100 ton quru tütün hazırda anbarlarda saxlanılır və sifarişçi istədiyi vaxt göndəriləcək”.

 

NAĞD PUL 17%-DƏN

 

© Azərtac 

05.12.2019 14:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ