Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Külək və günəş elektrik stansiyalarının tikintisi məqsədilə Komissiya yaradıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Külək və günəş elektrik stansiyalarının tikintisi məqsədilə Komissiya yaradıldı

Prezident İlham Əliyev "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" sərəncam imzalayıb.

 

Reklam_3_11

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb:

 

Komissiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

 

Komissiyanın üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri.

 

Sənəddə daha sonra deyilir:

Komissiyaya tapşırılsın:

 

-layihələrin həyata keçirilməsi üçün torpaq sahələrinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

-investorlara verilməsi nəzərdə tutulan dövlət təminatlarına dair və bu Sərəncamın 1.2.3-cü yarımbəndində göstərilən müqavilələr üzrə investorlar qarşısında götürüləcək öhdəliklərin icrasına dövlət zəmanətinin verilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsinin və tələb olunan digər müqavilələrin dörd ay müddətində hazırlanmasını təmin etsin;

 

-layihələrin müqavilələrdə nəzərdə tutulmuş müddətdə və şərtlər çərçivəsində icrasının təmin edilməsi üçün zəruri tədbirlər görsün;

 

-layihələr üzrə elektrik stansiyasının elektrik enerjisi şəbəkəsinə qoşulması, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası ilə əlaqədar şəbəkənin gücləndirilməsinə dair təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

 

- beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə maliyyə vəsaitinin ayrılmasını təmin etsin;

 

-bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

05.12.2019 14:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ