Vasif Talıbov özəl universitetə rektor təyin etdi

Nurlana Sabir qızı Əliyeva “Naxçıvan” Universitetinin rektoru təyin edilib. 

 

"Marja" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də bununla bağlı sərəncam imzalayıb.

 

Qeyd edək ki, N.Əliyeva bundan əvvəl “Naxçıvan” Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.

 

"Naxçıvan" Universiteti - Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən özəl universitetdir. 

 

"Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.

 

Nurlana Sabir qızı Əliyeva 01.06.1977–ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1983-cü ildə Naxçıvan şəhər 07 nömrəli orta məktəbin I sinfinə daxil olmuş, 1993–cü ildə oranı bitirmişdir. 1993-1997–ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix – filologiya filologiya ixtisası üzrə bakalavr təhsili almışdır. 1997-1999–cu illərdə Naxçıvan Dövlət Universitetində həmin istiqamət üzrə magistr təhsili almışdır. 1999-2001-ci illərdə Naxçıvan Dövlət Universiteti, “Qeyrət ” nəşriyyatında redaktor vəzifəsində işləmişdir. 2001-ci ildən “Naxçıvan” Universitetinin Azərbyacan dili və ədəbiyyat kafedrasında  müəllim kimi fəaliyyət göstərir.  2013- cü ildə “Məhəmməd Tağı Sidqi və uşaq ədədbiyyatı” mövzusunda namizədlik dissertasyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimi dərəcəsi almışdır. 2017-ci ildə isə “Naxçıvan” Universitetinin Elmi şurasının qərarı ilə universitetin dosenti seçilmişdir. 2018-ci  ilin fevral ayından isə “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışıb. Evlidir, iki övladı var.

5 Dekabr 2019 , 18:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin