Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dəmir Yollarına kredit ayıran qurum “maliyyə vəziyyətinin sağlamlaşdırılmasını” istədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dəmir Yollarına kredit ayıran qurum “maliyyə vəziyyətinin sağlamlaşdırılmasını” istədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

 “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, ikitərəfli görüşdə Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı ilə bağlı müzakirələr olub.

 

Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-də idarəetmə sisteminin gücləndirilməsi, maliyyə vəziyyətinin sağlamlaşdırılması və yüksək  əməliyyat effektivliyinə nail olunması  istiqamətində həyata keçirilən institusional və struktur islahatları barədə fikir mübadiləsi aparılıb.

 

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib. Qonaq ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, beynəlxalq maliyyə institutlarından biri olan Dünya Bankı inkişaf etməkdə olan dövlətləri kreditlə təmin edir.  Bu kreditlərin əsas səbəblərindən biri də iqtisadi proqramların həyata keçirilməsidir.

 

Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

06.12.2019 07:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ