Palma yağı kəskin bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palma yağı kəskin bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal qida qiymətləri, ət və bitki mənşəli yağların beynəlxalq qiymətlərindəki artımlar ilə əlaqədar olaraq, iki ildən uzun müddətin ən yüksək səviyyəyə çataraq, Noyabrda da böyük artım qeyd edib. 

 

"Marja" xəbər verir ki, qida məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən FAO Qida Qiymətləri İndeksi, Noyabrda aylıq müqayisədə 2.7%, illik müqayisədə isə 9.5% artaraq 177.2 bəndə çatıb.

 

FAO Bitki mənşəli Yağ Qiyməti İndeksi Noyabr ayında 10.4% yüksəlib. Kanola və soya yağları da bahalaşıb.  Palma yağının bahalaşmasının səbəbləri bu yağa qlobal tələbin artması və biyodizel istehsalı istifadəsindəki artım və gələn il gözlənilən aşağı məhsuldarlıqdır. 

 

FAO Ət Qiyməti İndeksi, bir əvvəlki ay ilə müqayisədə rekord artımla 4.6% yüksəlib. Böyük və kiçik baş heyvanların qiymətləri tələbin artması ilə qalxır. 

 

FAO Şəkər Qiyməti İndeksi, gələn il qlobal şəkər istehlakının istehsalı keçəcəyi proqnozu ilə 1,8% artıb. 

 

Bunlara qarşı, FAO Taxıl Qiyməti İndeksi, dünyadakı qabaqcıl buğda ixracatçıları arasındakı rəqabət səbəbilə 1.2% geriləyib. Düyü qiymətləri Argentina və Braziliyada sabit qalsa da, ABŞ-ın qarğıdalı ixracı qiymətlərinin təsiri ilə indeks geriləyib. 

 

FAO Süd Məhsulları Qiyməti İndeksi, Avropada süd istehsalının mövsümü olaraq azalması və qlobal tələbin sabit qalması səbəbilə Oktyabr ayından bu yana az da olsa artıb.

06.12.2019 08:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ