Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“AGBank” Azərbaycanda tarixi ağacəkmə kampaniyasında iştirak edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AGBank” Azərbaycanda tarixi ağacəkmə kampaniyasında iştirak edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanın aparıcı banklarından olan “AGBank” ASC ölkəmizdə keçirilən tarixi təşəbbüsə qoşularaq – bu gün, dekabrın 6-da Azərbaycanın bütün regionlarını əhatə edən ağacəkmə kampaniyasında iştirak edir.

 

İlk dəfə olaraq keçirilən bu kampaniya, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilir. Bu təşəbbüsə əsasən, ölkə tarixində ilk dəfə olaraq bir gündə ölkənin müxtəlif regionlarında 650 min ağacın əkilməsi nəzərdə tutulur.

 

Ölkənin aparıcı banklarından biri olan “AGBank” ASC bu kampaniyada öz işçi kollektivi ilə yaxından iştirak edib. Bankın kollektivi Yasamal rayonunda, 30 ağac əkib.

 

Qeyd edək ki, Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği və tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edir.

06.12.2019 09:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ