Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dekabrın 6-da Lənkəranda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” fəaliyyətə başlayıb.

 

Reklam_3_11

KOBİA-nın, yerli icra hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), “RabitəBank” ASC-nin və sahibkarların iştirakı ilə təşkil edilmiş tədbirdə “KOB Dostu” mexanizmi, bu dəstəyin sahibkarlar üçün faydası, eləcə də AKİA-nın “Kənd təsərrüfatının rəqabətqabiliyyətinin gücləndirilməsi layihəsi” barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

 

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ötən 2 il ərzində KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər və “KOB Dostu”nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər, Lənkəran Şeher İcra Hakimiyyəti başçısının müavini Xalid Rehimov isə Lenkeranın sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyeti barədə məlumat verib, “KOB Dostu”nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olduğu vurğulanıb.

 

Tədbirdə həmçinin, “KOB Dostu” mexanizminə dair təqdim keçirilib, AKİA-nın “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi”nin agent bankı olan “RabitəBank”ın nümayəndəsi tərəfindən layihə və bankın KOB-lar üçün digər xidmətləri barədə məlumat verilib.

 

Sonra tədbir iştirakçıları Lənkəranda Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar.

 

Həmin gün həmçinin, Cəlilabad rayonunda da “KOB Dostu” fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə KOB dostlarının sayı 20-yə çatıb.

 

Regionda sahibkarlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin  və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinə KOBİA terefinden göstərilən dəstək tədbirləri, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonda sahibkarlığın inkişafı barədə məlumat verib, sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət ediblər.

 

 “KOB Dostu” Cəlilabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək və burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Digər “KOB Dostu” ofislərində olduğu kimi, Lənkəran və Cəlilabad rayonlarında da KOB dostları ilə birgə “KOB könüllüləri” də fəaliyyət göstərəcəkdir.

06.12.2019 13:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ