Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.


 

Reklam_3_11

EUR

Beynəlxalq valyuta birjalarında bu həftə investorlar üçün önəmli həftə olacaqdır. Çərşənbə günü Amerika Mərkəzi Bankının sonuncu faiz qərarı və cümə axşamı Avropa Mərkəzi Bankının yeni sədrinin ilk açıqlamaları əsas gözlənilən hadisələrdir. ABŞ-dan çərşənbə günü inflyasiya və cümə günü pərakəndə satış dövriyyələri ilə bağlı dərc ediləcək önəmli fundamental məlumatlar da diqqət mərkəzində olacaqdır.

 

1.11$-ın altında ticarət edilən avronun qiyməti isə 1.10$-a kimi də ucuzlaşa bilər.

 

GBP

Ayın 12-də İngiltərədə keçiriləcək növbədənkənar parlament seçkisi də önəmli hadisələr sırasındadır. Son günlər isə hakimiyyət sıralarının parlamentin aşağı palatasında üstünlüyü ələ keçirə biləcəyi ehtimalları fonunda GBP/USD məzənnəsi bahalaşmaqdadır. 1.31$-a təklif edilən məzənnə 1.32$-a kimi də dəyər qazana bilər.

 

Bununla yanaşı, çərşənbə axşamı İngiltərədən açıqlanacaq iqtisadi inkişafa dair fundamental göstəricilər də önəmli roll oynayacaqdır.

 

TRY

USD/TRY məzənnəsində bahalaşma müşahidə edilir və təhlillər qiymətin 5.87TL-yə kimi inkişaf edə biləcəyinə işarədir.

 

Bu baxımından cümə axşamı yayımlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarı da önəmli olacaqdır.

 

OIL

Enerji birjalarında isə Avropanın Brent markalı neftin bir barel qiymətində bahalaşma davam etməkdədir və 67$-a kimi də davam edə biləcəyi proqnozlaşdırılır.

 

Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Əlvan metallar bazarlarında isə qızılın qiyməti ucuzlaşmaqdadır və bir unsiya üzrə qiymət 1460$-ın (47.0 $/qram) altında qalarsa, ucuzlaşmanın 1446$-a (46.5 $/qram) kimi davam edə biləcəyi proqnozlaşdırılır.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.


 

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

09.12.2019 06:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ