“Bestcomp Group” şirkəti rebrendinq etdi – FOTO/VİDEO
(®) Azərbaycanın aparıcı İT şirkəti olan "Bestcomp Group" rebrendinq edib.
Şirkət, dekabr ayının 3-6-da Bakıda keçirilən “Bakutel-2019” sərgisində özünün yeni loqosunu və reklam çarxını təqdim edib.
"Bestcomp Group" şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya bölgəsində Hewlett Packard Enterprise, HP Inc., Lenovo DCG, Lenovo PSG, Acer, Microsoft, Eaton, APC by Schneider Electric, Radware, CİSCO, Microfocus Tripp Lite, Artronic, Uniview, Apacer, Kindermann, HID, Monacor, Qualys, Radiflow kimi dünyanın bir çox aparıcı istehsalçılarının Value Added distribütoru, İT və sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, şirkətlərə mövcud olduqları ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.
"Bestcomp Group"un “AZEMİS” Elektron Məhkəmə İdarəetmə Sistemi, Mobil Məhkəmə, Elektron İcra, BproDoc, BproRec, BproLib, AzDoc (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə hazırlanmış), E-Notariat və sair 30-dan çox proqram məhsulu yüzlərlə dövlət qurumlarında, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Ədliyyə Nazirliyində, Maliyyə Nazirliyində, Energetika Nazirliyində, Turizm Agentliyində, e-gov hökumət portalında və özəl şirkətlərdə tətbiq edilmışdir.
"Bestcomp Group"un “Bakutel-2019” sərgisindəki stendi “Ən parlaq stend” mükafatına layiq görülmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl