Prezidentdən Neft Fondu ilə bağlı sərəncam
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, Sərəncam ilə, Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilib:
Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi:
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.
Əvvəlki tərkib:
Artur Rasi-zadə- Azərbaycan Respublikasının Baş naziri
Valeh Ələsgərov- Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini
Vahid Axundov- Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri
Samir Şərifov- Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev- Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Elman Rüstəmov- Azərbaycan Respublikasının Milli Bankının İdarə heyətinin sədri
Mahmud Kərimov- Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti
Qeyd edək ki, Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovdur. O, bu vəzifəsindən əvvəl Dövlət Neft Fondunun İcraçı direktoru idi. Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri isə Natiq Əmirovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
5 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
9 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
10 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl