Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda tikiləcək bu müəssisə regionda yeganə olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda tikiləcək bu müəssisə regionda yeganə olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

9 dekabr tarixində “Zabrat” aeroportunun ərazisində “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməlqoyma mərasimi keçirilib.

 

Reklam_3_11

"Azərbaycan Hava Yolları" QSC-dən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, yeni “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi” mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlətlərarası hökumət komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq. Layihə “Rusiya Vertolyotları” səhmdar cəmiyyəti ilə birlikdə həyata keçiriləcək.

 

Müvafiq saziş AZAL prezidenti Cahangir Əsgərov və “Rusiya Vertolyotları” ASC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanıb.

 

Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər.

 

Tikinti üçün ayrılmış ərazi ilə tanışlıqdan sonra rəsmi təməlqoyma mərasimi keçirilib, tədbirin iştirakçıları simvolik kapsulu mərkəzin təməlinə yerləşdiriblər.

 

“Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı iqtisadi siyasətinin davamıdır. Mərkəz Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək, həmçinin yüksək kvalifikasiyalı mütəxəssislər üçün yeni iş yerləri yaradacaq və ölkənin müxtəlif məqsədlər üçün istifadə olunan vertolyot parkını əhatə etmək ilə yanaşı gələcək Servis Mərkəzində təmir üçün Rusiya helikopter avadanlıqlarının regional operatorlarını da cəlb edəcək.

 

Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı vertolyotun təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.

 

“Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq”,- məlumatda deyilir.

09.12.2019 16:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ