Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İri tikinti şirkətlərindən birində mühüm dəyişikliklər ediləcək - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri tikinti şirkətlərindən birində mühüm dəyişikliklər ediləcək - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bölgədə fəaliyyət göstərən və baş ofisi Bakıda yerləşən təcrübəli tikinti şirkətlərindən biri “AKELIK GROUP”da bir sıra mühüm dəyişikliklər nəzərdə tutulur.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, 13 yanvar 2020-ci il tarixində AKELIK GROUP” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

 

1. “AKELIK GROUP” ASC-nin yenidən təşkili, təşkilati-hüquqi formasını dəyişərək “AKELIK GROUP” MMC-yə çevrilməsi.

 

2. Direktorun təyin edilməsi.

 

3. Nizamnamə kapitalının müəyyənləşdirilməsi.

 

 4. Nizamnamənin yeni redaksiyada təsdiq olunması.

 

İclas şirkətin Bakı, Əhməd Rəcəbli küçəsi 2, mənzil 26-da yerləşən Baş ofisində keçiriləcək.

 

Məlumat üçün bildirək ki, 6 sentyabr 2018-ci il tarixində "ALKE İnşaat Sanaye və Ticaret" ASC-nin təsisçiləri şirkətdə struktur dəyişiklikləri etməyi qərara alıblar. Şirkətin adı "ALKE İnşaat Sanaye ve Ticaret" ASC-dən “AKELİK GROUP "ASC-yə dəyişdirilib. Qeyd olunan tarixdə, şirkətin nizamnamə kapitalının tədricən 100 milyon dollara (hazırda nizamnamə kapitalı 33 milyon manat) artırılmasına qərar verilib. Səsvermə prosesində Süleyman Babayev “AKELİK GROUP"ASC-nin İdarə Heyətinin sədri seçilib.

 

AKELİK GROUP" ASC Azərbaycanın xaricində - Gürcüstan, Qazaxıstan, Litva, Albaniya, Tacikistan, Ukrayna və Özbəkistanda həyata keçirilən layihələri icra edir.  

10.12.2019 05:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ