“Eurohome” bazarında yanğın - HELİKOPTER CƏLB EDİLİB, YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Eurohome” bazarında yanğın - HELİKOPTER CƏLB EDİLİB, YENİLƏNİB

"EuroHome" Ticarət Mərkəzində baş verən yanğın tam məhdudlaşdırılıb”.

 

Reklam_3_11

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

 

O qeyd edib ki, yanğının söndürülməsinə 3 helikopter, 1 təyyarə, 40-dan artıq texnika, 250-dən çox canlı qüvvə cəlb olunub.

 


Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

 

Bu barədə nazirlikdən bildirilib.

 

Əlavə məlumat veriləcək.


 

Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

 

Nazirlikdən verilən məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.

 

Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir sahibkar müraciət edib. Ona yerində yardım göstərilib. 


 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

 

"Marja" FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.


 

Bakının Binəqədi rayonu ərazisindəki Xırdalan dairəsinin yaxınlığında yerləşən “Eurohome” ticarət mərkəzində güclü yanğın baş verib.


Tikinti materiallarının topdansatış bazarı kimi tanınan "Eurohome” ticarət mərkəzindəki yanğının sönsürülməsi üçün əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub.


Hazırda yanğın davam edir.

 

Qeyd edək ki, sözügedən ticarət mərkəzində əsasən inşaat materialları satılır.

10.12.2019 05:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ