Ən yuxarı (mobil)-2_30

74 milyon dollar xərclənib, ölkədə ilk əczaçılıq kompleksi olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
74 milyon dollar xərclənib, ölkədə ilk əczaçılıq kompleksi olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Pirallahı Sənaye Parkı ölkədə əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğun artırılması məqsədi ilə Pirallahı rayonunun ərazisində təşkil edilib və müvafiq infrastruktur yaradılıb.

 

İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, hazırda Pirallahı Sənaye Parkında 5 rezident qeydiyyata alınıb və layihələr üzrə 650-ə yaxın daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye Parkında artıq bir müəssisə - “Diamed Co”  MMC fəaliyyət göstərir.

 

Dekabrın 9-da isə Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi "R-Pharm"ın açılışı olub. Bununla bağlı keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və R-Pharm Direktorlar Şurasının sədri Aleksey Repik iştirak ediblər.

 

4,6 hektar ərazidə yerləşən zavodun tikintisinə 2018-ci ildə başlanılıb. Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin isehsalı olan müasir avadanlıq və texnologiyalarla təchiz olunub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcəkdir. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq.

 

İstehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.

10.12.2019 06:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ