Azərbaycanda 4 bankın balans kapitalı 300 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu il oktyabrın 1-nə balans kapitalı 300 milyon manatdan çox olub.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 491 milyon 341 min manat), "PAŞA Bank" (469 milyon 109 minn manat), "Xalq Bank" (408 milyon 387 min manat) və "Kapital Bank"dır (392 milyon 63 min manat).

 

Qalan 26 bankdan 4-də balans kapitalı 100-200 milyon manat arasında, 21 bankda 10-100 milyon manat arasında, 1 bankda  - Pakistan Milli Bankının Bakı filialında isə 10 milyon manatdan azdır.

 

Azərbaycanda 8 bankın balans kapitalı azalıb


Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin bu il oktyabrın 1-nə balans kapitalı illik müqayisədə az olub.

 

Bunlar "Atabank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Nikoyl Bank", "Premium Bank", "Express Bank", İran Milli Bankının Bakı filialı və "Amrah Bank"dır. Ən az azalma "Atabank"da (1,3%), ən çox azalma isə "Amrah Bank"da (64,4%) qeydə alınıb.

 

Qalan 22 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika "Bank of Baku"da (81,1%), ən aşağı dinamika isə "Günay Bank"da (2,2%) qeydə alınıb.

 

NAĞD PUL 17%-DƏN

 

© "Renkinq"

10 Dekabr 2019 , 10:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin