Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan neft hasilatının azaldılması öhdəliyini tam yerinə yetirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan neft hasilatının azaldılması öhdəliyini tam yerinə yetirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Respublikada noyabr ayı üzrə gündəlik neft hasilatı 776 min barrel olub. Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bunun 687 min barrelini xam neft, 89 min barrelini kondensat təşkil edib. Gündəlik 577 min barrel xam neft, 82 min barrel kondensat, 26,4 min barrel isə neft məhsulları ixrac edilib.

 

Reklam_3_11

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair 7 dekabr 2018-ci il tarixli Razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında orta gündəlik neft hasilatı 764 min barrel təşkil edib.

 

Energetika Nazirliyi noyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

 

Qeyd edək ki, cari ilin 6 dekabrnda OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Gələn ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

10.12.2019 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ