Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakı Aeroportu yeni aviaşirkətləri cəlb edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Aeroportu  yeni aviaşirkətləri cəlb edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.Hava limanının rəhbərliyi dünyanın müxtəlif şəhərlərindən Bakıya müntəzəm uçuşlar həyata keçirə biləcək beynəlxalq sərnişin hava yolları ilə fəal danışıqlar aparır”.


“Marja” xəbər verir ki, bu, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

"Bu fəaliyyət çərçivəsində 2019-cu il ərzində hava limanına beş yeni aviaşirkət – “Kuwait Airways”, “UrAirlines”, “Smartavia”, “Flynas”, “Pegasus” uçuşlar həyata keçirməyə başlamışdırlar. Ümumilikdə isə, keçən ildən bu yana yeni aviaşirkətlərin sayı 11-ə çatmışdır. Onların arasında “Etihad Airways”, “IranAir”,  “GulfAir”, “Arkia”, “Nordwind” və s. kimi aviaşirkətlər var", - Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov bildirmişdir.

 

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu 60 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirən 34 aviaşirkətə xidmət göstərir. 34 aviaşirkətin doqquzu - “Buta Airways” (21 istiqamət), “WizzAir” (Budapeşt), “AirBaltic” (Riga), “Pegasus Airlines” (İzmir), “Flynas” (Ər-Riyad), “FlyDubai” (Dubay), “AirArabia” (Sharjah), “Jazeera Airways” (Küveyt), “Smartavia” (Sankt-Peterburq) daxil olmaq ilə aşağıbüdcəli aviaşirkətdir.

 

Həsənov bildirmişdir ki, yeni uçuşların açılması və sərnişin aviaşirkətlərinin cəlb edilməsi Bakının hava limanından uçuşların coğrafiyasını genişləndirəcək və sərnişinlərə uzaq məsafəli və rahat uçuşlar üçün daha çox imkanlar yaradacaq.

 

Son beş il ərzində Bakının hava limanında sərnişin axınının artımı 62% təşkil etmişdir və proqnozlara əsasən, 2019-cu ildə sərnişin axını təxminən beş milyon nəfər təşkil edəcək.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” və Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in baza hava limanıdır. AZAL və "Buta Airways"in təyyarələri Avropa, Asiya və Amerikanın 40-dan çox şəhərinə eniş edirlər.

10.12.2019 11:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ