Günorta gəldi, İlham Əliyevlə təkbətək görüşdü və axşam da getdi

Bu gün İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycana rəsmi səfərə gəldi. 

 

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə təkbətək görüşü olub.

 

Təkbətək görüş başa çatandan sonra Azərbaycan  Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə işçi nahar edib.

 

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azərbaycan Respublikasına rəsmi səfəri bu gün də başa çatıb.


İordaniya Kralı II Abdullahı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

10 Dekabr 2019 , 17:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin