Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Marcom” böyük pambıq şirkətinin video çarxını təqdim etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Marcom” böyük pambıq şirkətinin video çarxını təqdim etdi

“Marcom” Marketinq və Kommunikasiyalar şirkəti “MKT İstehsalat Kommersiya” MMC üçün hazırladığı təqdimat video çarxını təqdim edib.

 

Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev təqdim olunmuş tanıtım çarxı ilə bağlı məlumat verərək bildirdi ki, video çəkilişlər bir neçə məkanlarda baş tutub:

 

“Təqdimat çarxının çəkilişləri 4 ay ərzində Bakı, Şirvan, Yevlax şəhərlərində və Ağcabədi rayonunda aparılmışdır. Sifarişçi tərəfindən qarşımıza qoyulan məqsəd şirkətin gördüyü işi, əhatə etdiyi əraziləri, texniki imkanlarını, yığım və istehsal prosesini əks etdirmək idi ki, biz də bunun öhdəsindən layiqincə gəlmiş olduq. Şirkətin gələcək dizayn işlərində istifadəsi üçün çəkilişlərə foto işləri daxil edilmişdir.”

 

MKT İstehsalat Kommersiya” MMC şirkətinin İdarə Heyətinin sədri Rövşən Həsənov görülmüş işlərlə bağlı fikir bildirərək söyləmişdir: ““Marcom” şirkəti ilə olan iş birliyimizi yüksək qiymətləndiririk. Şadam ki, video çəkiliş işlərində bizə dəstək olmaqla yanaşı, çəkilişin daha keyfiyyətli olması üçün bizim əməkdaşlara da müvafiq istiqamətlər verməkdə yardımçı oldular. Hal-hazırda “Marcom” şirkəti ilə əməkdaşlığımızın yeni istiqamətlərini müzakirə edirik.”

 

Qeyd edək ki, Azərbaycan və Gürcüstan bazarında müştərilərinə 28 marketinq xidməti təklif edən “Marcom” şirkəti yaxın günlərdə şirkətin veb platformasını da təqdim edəcək.

 

11.12.2019 06:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ